Beyləqanda avtomobil ağaca çırpılıb - Sürücü ölüb

 13:37 01.05.2021     206

Beyləqanda sürücünün ölümü ilə nəticələnən avtoqəza baş verib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumatda bildirilib ki, rayonun Qəhrəmanlı qəsəbəsi ərazisində Kəlbəcər rayon sakini Ağasif Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Qəza nəticəsində ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

Fakta bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.