Cəlilabadda yol qəzası olub - Xəsarət alanlar var

 16:00 01.05.2021     329

Cəlilabad rayonunda yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə yolunda qeydə alınıb.

Belə ki, rayon sakini Mehdiyev Məhərrəm Əvəz oğlu idarə etdiyi "VAZ-2101" markalı minik avtomobilini aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişinləri Doduyev Anar Əlisahib oğlu və Ağayev Murad Zakir oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən