Şəkidə yük və minik avtomobilləri toqquşub - FOTO

 00:54 02.05.2021     130

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.

Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi "VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə "VAZ-2106"da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. //Report