Bakıda ikimərtəbəli ev yanıb

 10:40 02.05.2021     546

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner və dəhlizin tavanı 6 m² sahədə əriyib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.