Mingəçevirdə yanğın olub - Xəsarət alan var

 16:15 02.05.2021     323

Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən