Güclü yağış Göygöldə dəmiryolu xəttinə ziyan vurub - FOTO

 20:29 02.05.2021     357

Ötən gecə Göygöl rayonuna yağan yağış fəsadlar törədib.

Redaktor.az-ın məlumatına görə, güclü yağışın yağması nəticəsində Qızılca dəmiryolu stansiyasına ziyan dəyib.

Nəticədə dəmiryolunun reysləri sıradan çıxıb. Hazırda əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Həmçinin, güclü yağış yağması zamanı rayonun Danyeri və Qızılca kəndlərində avtomobil yoluna iri qaya parçaları tökülüb. Burada da avtomobil yolu qaya parçalarından təmizlənib. //APA

222