Balakəndə mağaza yanıb

 09:09 03.05.2021     316

Balakəndə yanğın hadisəsi olub. 

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, rayonun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.