Yardımlıda yeznə qayınını güllələyib

 11:44 03.05.2021     107

Yardımlı rayonunda yeznə qayınını odlu silahla vurub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinə Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub.

Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.