ŞOK: Lerikdə molla qadını öldürdü - Yasında yasin oxudu / VİDEO

 22:19 03.05.2021     892

Bir neçə gün öncə Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Zəkifə Fərziyeva yaşadığı evdə ölü halda tapılıb.

Redaktor.az xəbər verir ki, mərhumun meyiti boğazı kəsilmiş vəziyyətdə aşkarlanıb. Qatil bıçaq ilə onun şah damarını kəsib.

Cinayəti həmin kənddə mollalıq edən və mərhum Zəkifə Fərziyevanın qonşusu Murad Əsgərovun törətdiyi məlum olub. O, qonşuluqda yaşayan Zəkifə Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə evə soxulub və qadına qarşı zor tətbiq etmək istəyib. 

Daha ətraflı "Xəzər TV"-nin süjetində: