Abşeronda piyadanı avtomobil vuraraq öldürüb - FOTO

 23:27 03.05.2021     427

Abşeron rayonunda Novxanı-Binəqədi yolunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə “Praqa” restoranının qarşısında qeydə alınıb.

Quliyev Təyyar Hümbət oğlu idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən, təxminən 45-50 yaşlı kişini vurub. 

Piyada hadisə yerində ölüb.

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. //APA 

2222
Vumart və Güvən reklamı Vumart Güvən