Lənkəranda qadın 3-cü mərtəbədən yıxılıb

 23:51 03.05.2021     255

Lənkəranda gənc qadın yaşadığı evin 3-cü mərtəbəsindən yıxılıb.

Redaktor.az-ın verdiyi məlumata görə, hadisə rayonun Zövlə kəndində qeydə alınıb. 

Kənd sakini, 1994-cü il təvəllüdlü Rəsilə Əsədova evin 3-cü mərtəbəsindən yıxılıb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının psixoloji problemlərinin olduğu bildirilir.

O, təcili tibbi yardım briqadasının köməkliyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən