Yevlaxda ruhi xəstə özünü maşının önünə atıb

 15:18 04.05.2021     1247

Bakı-Qazax yolunda piyadanı avtomobil vurub.

Redaktor.az-ın məlumatına görə, hadisə yolun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ruhi xəstə olduğu bildirilən orta yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir) özünü “Ford” markalı avtomobilin önünə atıb. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən