Qəbələdə qaz sobası partlayıb - Ölən var

 20:58 04.05.2021     348

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1932-ci il təvəllüdlü Sabirə Səid qızı Mahmudova yaşadığı fərdi yaşayış evində qaz sobasını yandırarkən partlayış baş verib. 

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 89 yaşlı S.Mahmudova Qəbələ Rayon Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. //Report