Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb - FOTO

 19:43 09.05.2021     2950

Bakıdan Zaqatalaya gedən “Mersedes Bens VİTO ” markalı mikroavtobus qəzaya uğrayıb.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini, Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi “Mersedes Bens VİTO ” markalı, 99 SC 071 dövlət nömrə mikroavtobus ilə Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və 5 nəfər sərnişin olub.

Qəza zamanı xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır. //APA

2