Göygöldə çayın kənarında meyit tapılıb

Göygöldə yaşlı kişi meyiti tapılıb.
Redaktor.az-ın məlumatına görə, Gəncə çayının Göygöl rayon ərazisindən keçən hissədə yaşlı kişi meyiti tapılıb.
Həmin şəxs Göygöl rayon sakini 1937-ci il təvəllüdlü Musayev Süleymandır.
Meyitin üzərində ilkin müşahidə zamanı hər hansı bir zorakılıq aşkar edilməyib. Cəsəd ekspertizaya göndərilib.
Faktla bağlı Göygöl prokurorluğunda araşdırma aparılır. //APA