SON DƏQİQƏ: Gürcüstanda kütləvi dava - Azərbaycanlı gənc qətlə yetirildi

 13:37 23.05.2021     514

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

Redaktor.az-ın məlumatına görə, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

Hadisənin digər detalları hələ məlum deyil. //Report.az