Beyləqanda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

 18:16 23.05.2021     154

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini Məzahir Abbasov saxlanılıb.

Onun yaşadığı evin həyətində olan yarımçıq tikiliyə baxış keçirilən zaman 20 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

2