SON DƏQİQƏ: Azərbaycanda zəlzələ olub

 19:43 23.05.2021     235

Mayın 23-də İmişli rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a bildirilib ki, yerli vaxtla saat 18:20-də Saatlı stansiyasından 21 km qərbdə İmişli rayonunda zəlzələ qeydə alınıb.

Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.