Gəncədə kafe yanıb

Gəncədə yanğın hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən kafedə qeydə alınıb.
Sözügedən ünvanda yerləşən kafedə anidən yanğın başlayıb. Hadisə yerinə FHN-ın yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, kafenin qalan hissəsi yanğında mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. //APA