Bakı sakini bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Musayev Şəhriyar Arif oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb.
Belə ki, Ş.Musayev bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. //APA