Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb

 14:00 24.05.2021     304

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, mayın 21-də Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini S.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 8 yaşlı Umud Əzizovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq mayın 22-də orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.