Mərdəkan yolunda ağır qəza - 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Redaktor.az-a verilən məlumata görə, 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar. //Report