Malayziyada metroda qatarlar toqquşub - Yaralılar var

 21:11 24.05.2021     323

Malayziyanın Kuala-Lumpur şəhərinin metrosunda iki qatarın toqquşması nəticəsində azı 166 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Vi Ka Siona bildirib.

Nazirin sözlərinə görə, yaralılardan 47 nəfərin vəziyyəti ağırdır.

Hadisə yerli vaxtla saat 20:33-də baş verib. Toqquşan qatarlardan birində 232 sərnişin olub, digəri isə sınaq rejimində işə salındığından boş olub. //APA