Şabranda "Mercedes" yanıb - FHN

Şabran rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.