Bakıda dəhşətli qəzanın ANBAAN görüntüləri - VİDEO

 10:11 25.05.2021     360

Dünən hava limanı yolunda baş verən faciəvi qəzanın nəzarət kameralarına düşmüş görüntüləri yayılıb. 

Redaktor.az xəbər verir ki, "Mercedes Vito" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanan zaman arxadan gələn yük maşını onu vuraraq təxminən 100-150 metr sürüyüb.

Yayılan məlumatda "Mercedes" markalı minik avtomobilinin taksi xidməti ilə məşğul olduğu və qəza zamanı sərnişin mindirmək üçün dayandığı qeyd olunur.

Qəza nəticəsində 3 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. //Avtosfer.az