Bakıda polis avtomobil oğurlayanları belə saxladı... - VİDEO

 13:11 25.05.2021     174

Bakıda avtomobil və moped qaçıran şəxslər saxlanılıblar.

Redaktor.az xəbər verir ki, naməlum şəxs Binəqədi rayonunda sürücünün “Prado” markalı avtomobilini işlək vəziyyətdə qoymasından istifadə edərək qaçırıb. Avtomobil sahibinin polisə şikayətindən sonra araşdırmalar aparılıb və nəqliyyat vasitəsinin Yasamal rayonu ərazisində hərəkət etdiyi müəyyən edilib.

Maşını qaçıran şəxs polis əməkdaşlarına tabe olmayaraq avtomobili dayandırmaq istəməyib, amma əməliyyatçılar paytaxt sakini, əvvəllər məhkum olunmuş Mirzağa Zərbəliyevi saxlayıblar. Avtomobilin qaçırılma anı ərazidəki təhlükəsizlik kamerasına düşüb.

Daha ətraflı videodan izləyin: