DİN Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı MƏLUMAT YAYIB

 14:18 25.05.2021     177

Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, mayın 24-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində F.Əhmədov idarə etdiyi “Feldbinder” markalı qoşqulu yük avtomobilini qarşıda dayanmış S.Məhərovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vurub. Nəticədə S.Məhərovun 3 sərnişini hadisə yerində öüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.