Bakıda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

 22:30 25.05.2021     269

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Mirzəzadə Elnur Ceyhun oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. //Report