Naftalanda avtomobil dərəyə aşıb - Xəsarət alan var

 16:51 26.05.2021     276

Naftalanda avtomobil dərəyə aşıb.

Redaktor.az-ın məlumatına görə, şəhərdən Qaşaltı kəndinə gedən yolda idarəetmədən çıxan "Mercedes" markalı avtomobil aşaraq yol kənarındakı dərəyə düşüb. Müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü sürücü Orxan Nuriyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //APA