Qusarda yanğın olub - Xəsarət alan var

Qusarda mənzildə yanğın olub.
Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qusar rayonunun Cibir kəndində ümumi sahəsi 216 m² (hər mərtəbəsi 108 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 106 m² sahədə və dam örtüyü yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.