Binəqədidə iki maşın toqquşub - Xəsarət alan var

 10:13 27.05.2021     648

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Xocahəsən yolunda iki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü, Hacıyev Nəbi Hümbət oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. N.Hacıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report.az