Goranboyda 50 yaşlı qadını ilan sancıb

 15:58 27.05.2021     307

Goranboy rayonunda qadını ilan vurub. 

Redaktor.az-ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü kənd sakini Gülməmmədova Türanə Əliqama qızı fərdi təsərrüfatında alaq otu təmizləyərkən ilan əlindən sancıb. Şəkər xəstəliyindən əziyyət çəkən qadının ilan sancmasından sonra vəziyyəti ağırlaşıb.

T. Gülməmmədova xəstəxanaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən