Paytaxtda 33 yaşlı qadını maşın vurub

 09:45 28.05.2021     72

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Qış parkı yaxınlığında 1988-ci il təvəllüdlü Ağayeva Gülü Heydər qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu və bilək nahiyəsinin əziyi diaqnozu qoyulub. //Report.az