Bakıda ağır yol qəzası: Xəsarət alanlar var / FOTO

 14:53 28.05.2021     281

Bakıda ağır yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, yol qəzası Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

“Toyata Prius” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. İki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA

2