Maşın hasara çırpılıb - Ölən var

 19:04 28.05.2021     347

Lənkəran şəhərinin Şirinsu qəsəbəsində “Subaru” markalı minik avtomobili yol kənarında hasara çırpılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

​​​Bildirilib ki, hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Həmzəyev Sürəddin Mirzağa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. //Qafqazinfo

​​​