Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşıb

 22:28 28.05.2021     369

Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır. //Report

Vumart və Güvən reklamı Vumart Güvən