Kürdəmirdə 45 yaşlı kişi bıçaqlanıb

 23:50 28.05.2021     95

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 45 yaşlı rayon sakini Cəfərov Famil Əlişiraz oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Qurbanov Famil Zeynal oğlu tərəfindən 5 bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirirlər.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır. //Report