Şəmkirdə gənc qadının həyətdə asılmış meyiti tapılıb

Şəmkirdə ölüm hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
Təxminən 20-30 yaşlarında olan Samirə Quliyeva yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.
Qadın hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. //APA