Biləsuvarda avtomobil traktorla toqquşub - Ölən var

 12:50 29.05.2021     258

Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, mayın 28-də saat 21 radələrində Biləsuvar rayonu ərazisində Kavdar kənd sakini Z.Fehruzlu idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Tinli kənd sakini H.Məmmədovun idarə etdiyi “Belarus” markalı traktora vurub. Nəticədə Z.Fehruzlunun sərnişini Yadigar Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.