Sumqayıt sakinindən odlu silah götürülüb

 13:17 29.05.2021     106

Şamaxıda Sumqayıt sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Marqolin” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.