İtkin düşən qadın Bakıda tapılıb - FOTO

 20:36 29.05.2021     577

İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.

O, ailəsinə təhvil verilib.

Qeyd edək ki, G.Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq, geri qayıtmamışdı.