Bakıda minik avtomobili yanıb

 22:03 29.05.2021     106

Bakının Xətai rayonunda “QAZ” markalı minik avtomobilinin salonu və yük yeri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.