Şabranda ağır yo qəzası: Bir ailənin 4 üzvü xəsarət alıb

 22:52 29.05.2021     339

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Redaktor.az-ın məlumatına görə, iki "VAZ" markalı avtomaşının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Şabran rayon sakinləri - 1989-cu il təvəllüdlü Cəfərov Əliabbas Qulu oğlu, 1975-ci il təvəllüdlü Nəğəliyev Şaiq Əlibala oğlu, 1975-ci il təvəllüdlü Nəğdəliyeva Sevda Əlibala qızı, 1970-ci il təvəllüdlü Nəğdəliyeva Xumar Əliabbas qızı və 1999-cu il təvəllüdlü Nəğdəliyev Osman Şaiq oğlu Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. //APA

Vumart və Güvən reklamı Vumart Güvən