Şəmkirdə birmərtəbəli ev yanıb

 10:12 30.05.2021     261

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 100 m² olan tikintisi başa çatmayan birmərtəbəli evin (1 otağında yaşayış var) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən