Bakıda yaşayış binasında təhlükə aradan qaldırılıb

 22:38 30.05.2021     367

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata əsasən, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Vumart və Güvən reklamı Vumart Güvən