Goranboyda qadını maşın vurub

 22:53 30.05.2021     236

Goranboyda piyadanın vurulması ilə nəticələn yol-qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən rayonun Hazırəhmədli kənd sakini, 1982-ci il təvəllüdlü Bayramova Gülbəniz Ələmşahqızını vurub.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA