Xırdalan bazarında gənc oğlan öldürülüb

 23:59 30.05.2021     653

Xırdalan şəhərinin Qalubiyyə küçəsində qətl hadisəsi törədilib.

Redaktor.az xəbər verir ki, hadisə Xırdalan bazarı ərazisində baş verib. Öldürülən şəxsin üzərindən heç bir sənəd çıxmasa da, tanıyanlar onun Sərdar adlı gənc olduğunu bildirib. Həmin şəxsin bazarda satıcı işlədiyi məlum olub.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, ölən şəxs boğazı kəsilərək qətlə yetirilib.   

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo

Vumart və Güvən reklamı Vumart Güvən