Bakıda məhkəmə hakimi arvadını öldürüb

 09:32 31.05.2021     310

Bakıda qətl hadisəsi törədilib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğundan araşdırma aparılır.

Qeyd edək ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. //Oxu.az