Ötən gün 35 yanğına çağırış olub - FHN

 11:25 31.05.2021     86

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görüən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Qeyd olunub ki, ümumilikdə, ötən sutka ərzində 2 nəfər xilas edilib, həmçinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində plastmas parçanın və Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar qeyd olunan ərazilərdə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və təhlükə aradan qaldırılıb.