Cəlilabad sakini özünü güllələyib

Mayın 29-da Cəlilabad rayonunun Albalan kənd sakini, ruhi xəstə Q.Qasımovun yaşadığı evdə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən Q.Qasımovun vəziyyəti ağırdır.
Keçirilən baxış zamanı polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.